“Qisas” əməliyyatının detalları: Zərgər dəqiqliyi…

146

Azərbaycan ərazisində silahlı ermənilərin olması faktı həmişə mümkün insidentlər və hərbi təxribatlar mənbəyi olacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Ermənistanın qanunsuz silahlı birləşmələrinin açdığı atəş Azərbaycan əsgərinin ölümünə səbəb olduqdan sonra Azərbaycan Müdafiə Nazirliyi tərəfindən növbəti terror aktının qarşısının alınması məqsədilə “Qisas” əməliyyatı həyata keçirildi. Burada Bakı qarşısına qoyduğu vəzifələri tam yerinə yetirdi. Əvvəla, aydın şəkildə nümayiş etdirildi ki, Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnən hər bir silahlı təxribata görə Ermənistan tərəfi sərt cavab alacaq. İkincisi, sırf hərbi baxımdan hər şey düzgün aparıldı, bu da lazımi nəticə verdi. Hesab edirəm ki, Azərbaycan bu cür əməliyyatları planlaşdırarkən və həyata keçirərkən Rusiya sülhməramlıları üçün də riski minimuma, hətta sıfıra endirməklə hərəkət edib. Bütün zərbələr zərgər dəqiqliyi ilə hesablanmışdı”, – ekspert bildirib.