Qubada 500 hektar meşə sahəsi yandı

270

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, yanğının digər ərazilərə keçmə təhlükəsi yoxdur:

“Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar ərazidə meşə fonduna ziyan dəyib”.

Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.