Masallıdakı yanğın söndürüldü

211

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a FHN-dən bildirilib.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.