Məktəblilər üçün ekskursiya təşkil edildi

112

“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.

Təşkilat 1 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasına başlamışdır.

Layihəninin əsas məqsədi orta məktəb şagirdlərindən ibarət, ümumilikdə 60 nəfər şagirdin 3 milli parka ekskursiyasını təşkil etməklə onların təbiətə adaptasiyasına dəstək olmaq, ekoloji bilgiləri möhkəmləndiməkdir.

Layihə 3 ay davam edəcək (01.09.2022-01.12.2022). Layihə çərçivəsində üç milli park müəyyən ediləcək (Abşeron, Şirvan, Şahdağ milli parkları) və bu milli parklara şagirdlərin ekskursiyası təşkil ediləcəkdir.

13.09.2022 il tarixind Şirvan Milli Parkına ekskursiya təşkil etmişdir. Bu barədə Sosialmedia.az-a Səyyahlar” Təbii Sərvətlərin və
Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov məlumat verib. O,qeyd edib ki,
Ekskursiyada 3 nömrəli məktəbindən seçilmiş məktəblilər iştirak etmişdir. Olduqca maraqlı keçən ekskursiyada keçən ekskursiyanın sonun səmimi çay süfrəsində gerçəkləşən fikir mübadiləsi ilə yekunlaşdı.
Hər iki (Abşeron, Şirvan milli parkları) ekskursiyada göstərdiyi maddi mənəvi dəstəyinə görə Gencliye Yardim Fondunun rəhbərliyinə, Əhməd Tecim bəyə təşkilatımız adından dərin minnətdarlığımızı bildiririk.