QHT qadın və qızların peşə təhsili ilə bağlı Lerik və Astarada layihə icra edəcək

134

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.

Sosialmedia.az xəbər verir ki, İctimai Birlik “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihəni 01.09.2022-01.11.2022-ci il tarixlərində Lerik və Astara rayonlarında icra edəcək.

Layihə çərçivəsində qeyd olunan rayonların orta məktəblərində təhsil alan 9-11 sinif qızları üçün seminarlar, eyni zamanda qadın və qızların özünüməşğulluğa cəlb olunması məqsədilə təlimlər təşkil ediləcək, benefisiar qrupa maarifləndirmə materialları paylanılacaq.