Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində iştirak etdiyi “Fişer şahmatı” turniri başa çatmaq üzrədir.
Azerisport.com xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı – ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər.
Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.
Məmmədyarov – Dominges 1:0
Svidler – Məmmədyarov 1:0
Məmmədyarov – Aronyan 0,5:0,5
Turnir cədvəli: Firuzca, Karuana – hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşşi – hərəyə 6, So – 4,5, Aronyan, Nakamura – hərəyə 4, Dominges, Svidler – hərəyə 3,5, Kasparov – 0,5.