Rusiyanın qaytardığı əsirlər arasında azərbaycanlı da var

221

Ötən gün rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsində Ukrayna tərəfinə qaytarılanlar arasında azərbaycanlı da var.

Sosialmedia.az xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb.

Əsirlərin siyahısında yer alan Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Arif oğlu Babayev Ukraynaya qaytarılıb.

23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir.