QHT “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirib

132

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad edilən ərazilərin məşğulluq və biznes potensialı: “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Nicat Nadirzadə, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi Elsevər Əsgərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Elvin Abbasov və Binəqədi rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir.
Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, 2020-ci ilin sentyabr ayında başlayan, 44 günlük müharibədən sonra Azərbaycanın tarixi zəfəri ilə başa çatan II Qarabağ Savaşı nəticəsində 30 ildən çox Ermənistan silahlı birləşmələrinin işğalında olan Azərbaycan əraziləri azad edilib. Qarabağ zəfəri bütün istiqamətlərdə olduğu kimi məşğulluq və sosial təminat sahəsində yeni və strateji çağırışlar yaratmışdır. Beləki, hazırda icrasına başlanılan sürətli bərpa prosesi qısa zaman zonra əhalinin həmin ərazilərə köçürüləcəyi ümidlərini artırır.” Daimi məskunlaşdırma prosesi nə qədər vaxt alacaq? Əmək bazarında əsasən hansı peşələrə tələb yaranacaq? Dövlətin bölgənin orta və uzunmüddətli inkişafnı necə görür və nələr planlaşdırılır? Özəl sektorun əraziyə daxil olması ilə bərpa prosesi paralellik təşkil edəcəkmi? bu və digər sualları cavablandırdı.
Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, “687 ədəd faktiki qeydiyyata alınmış tarixi-mədəni abidə vardır ki, onlardan 11-i dünya əhəmiyyətli abidələr siyahısına daxildir ki, biz bunları məhsul kimi istifadə edib gələcəkdə Qarabağ turizminin inkişafında bunu bir alətə çevirəcəyik. Sonda iyaşə xidmətləri, yerləşdirmə, səyahətin təşkili, bələdçi xidmətlərinə ehtiyaclar yaranacaqdır və bütün bu ehtiyacları qarşılamaq üçün sizlər sahibkar, işçi kimi potensial namizədlərə ehtiyac yaranacaqdır. Məşğulluqla bağlı həmin ərazilərdə strategiya hazırlanır. Orda əsas fəaliyyət istiqamətlərindən biri də mərhələli şəkildə Qarabağın əmək bazarının inkişaf etdirilməsi məsələsidir. Burada hədəflər müəyyən edilibdir. DMA tərəfindən işçi qrupu yaradılıb, tədbirlər planı hazırlanıb və icra olunur. Əsasən bir neçə məqam burada proritet hesab olunur: özünüməşğulluq, ictimai işlərin təşkili, kvota üzrə iş yerlərinin yaradılması və bu kimi məsələlər bu gün işçi qrupu tərəfindən şəkilləndirilən və həmin ərazilərdə icra edilməsi nəzərdə tutulan layihələrə yönləndirilən əsas istiqamətlərdir.”
Tədbirə dəvət olunmuş Binəqədi rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Nicat Nadirzadə, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi Elsevər Əsgərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Elvin Abbasov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.