Xan qızı sənədli filmi çəkiləcək

142

QHT Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi layihəsi icra olunacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” adlı layihə 15 sentyabr – 15 noyabr 2022-ci il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq. Layihənin ideyası Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın yaradıcılığı və xeyriyyəçilik fəaliyyətini, Azərbaycanın torpaqlarına göz dikən ermənilərlə və onların havadarları ilə mübarizəsini göstərmək, müxtəlif yollarla ali təhsil müəssisələrində, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində azərbaycan və ingilis dillərində yaymaq yolu ilə Azərbaycan və xarici ölkələrin cəmiyyətlərində Natəvan irsini təbliğ etmək, həmçinin bunun fonunda Qarabağın, o cümlədən Şuşa qalasının əzəli tarixi Azərbaycan torpağı olduğunu göstərməkdən ibarətdir.

Bu layihəni həyata keçirməkdə əsas məqsəd Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın irsini, Azərbaycan qadınının savadlı, bilikli və mübariz olduğunu, Natəvanın Şuşa və Xankəndi uğrunda ermənilər və onların havadarları ilə apardığı mübarizədən qalib çıxmasını göstərmək, Xurşidbanu Natəvan yaradıcılığı və fəaliyyətini milli-mənəvi dəyər formalaşdıran bir miras kimi Azərbaycanda və xarici ölkələrdə təbliğ etməkdir. İkinci məqsəd ondan ibarətdir ki, layihə çərçivəsində hazırlanacaq “Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyanın bütün ölkələrinə səmərəli və başa düşülən şəkildə çatdıracaq.

“Xan qızı” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması məqsədilə çəkiliş qrupu formalaşdırılıb heyətin Qarabağ bölgəsinə (Şuşa şəhərinə) səfəri həyata keçiriləcək. Bundan əlavə, mövzu üzrə olan respondentlərdən müsahibələr alınacaq. Toplanmış materiallar əsasında “Xan qızı” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Xan qızı” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək. Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək.

“Xan qızı” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Bundan sonra sənədli film ingilis dilinə dublyaj olunacaq.

Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Xan qızı” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək.

Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.

“Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” layihənin icrasının səbəb olacağı nəticələrin sayı çoxdur. Layihə Azərbaycan cəmiyyətində, xüsusilə yeniyetmələr arasında Xurşidbanu Natəvanın irsinin öyrənilməsi üçün stimul yaradacaq. Milli-mənəvi dəyər olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi üçün imkanlı insanlara əlavə motivasiya verəcək.Vətən müharibəsindən sonra Azərbaycana qarşı, o cümlədən Şuşa şəhəri ilə bağlı əsassız iddialar irəli radikal erməni dairələrinin planlarının pozulmasına tutarlı töhfə verəcək.

30 ilə yaxın davam edən işğal nəticəsində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması yaxud bunları saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
Təqdim olunan faktlar əsasında Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə siyasəti sübut ediləcək. İndiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri faktoloji və arxiv material rolunda çıxış edəcək.
Beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təmin edəcək.