Daha üç idmançımız dünya çempionatında gücünü sınayacaq

276

Azərbaycanın daha üç cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzenegger (Fransa) / İsmael Alhasseyn (Niger) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosrati (Qaçqın komandası) ilə görüşəcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiaye (İsveçrə) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyiblər. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq