Strateji tərəfdaşlığın yeni mərhələsi

123

isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylərin, düşünülmüş siyasətin nəticəsidir. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. Dövlət başçısı İlham Əliyev səfər zamanı keçirdiyi görüşlərdə Azərbaycanın transit imkanlarından da bəhs edərək bildirdi ki, ölkəmiz öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq.

Ölkə Prezidenti səfər çərçivəsində Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə də görüşdü. Görüşün bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacağına əminliyini ifadə edən cənab İlham Əliyev, həmçinin Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə məlumatlandırdı. Bu ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığı, Azərbaycanın dost ölkələrin şirkətlərini orada görmək istəkləri bir daha vurğulandı.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri çox zəngindir. Hər bir görüş, müzakirə olunan məsələ əlaqələrin inkişafında yeni mərhələyə doğru atılan addımdır. Diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlığın yeni mərhələsindədirlər.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri