“Gənclərimizin Dünyaya açılan Qapısı-Robotexnika dərnəyi” layihəsinin rəsmi açılış mərasimi keçirilib

194

Oktyabrın 20-də “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalibi olan Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Arzu Məlikovanın “Gənclərimizin Dünyaya açılan Qapısı-Robotexnika dərnəyi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
– – –
Açılış mərasimində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, qrant layihə qalibləri, müəllimlər və şagirdlər iştirak edib.

Layihə rəhbəri Arzu Məlikova çıxış edərək layihənin icrası zamanı qarşıya qoyulmuş məqsəd,vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, Layihənin əsas məqsədi texniki yaradıcılıqların inkişafı və mühəndislik-texnolojı sisteminin təməlinin qoyulmasıdır. Layihə zamanı Lənkəran şəhərinin 4 məktəbindən (5, 7, 8, 10 nömrəli ) seçilmiş 4 müəllim və həmin məktəblərin 7 və 8-ci siniflərdən seçilmiş 25 nəfər şagirdin (ümumilikdə 16 müəllim, 100 şagirdin) Robototexnika üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub.

Layihənin icrası 5 ay müddətində (15/09/2022-15/02/2023 ) nəzərdə tutulub.