Azərbaycanda zəlzələ olub

567

Azərbaycanda zəlzələ qeydə alınıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 km cənub-qərbdə, Ağdam rayonunda, 3,5 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb.