Hərbi orkestrlərin müşayiəti ilə Bakıda birinci istiqamət üzrə yürüş başlayıb – CANLI YAYIM

174

8 Noyabr – Zəfər Günü ilə əlaqədar hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, yürüşün birinci marşrutu Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı istiqamətindədir.

Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 200 nəfər şəxsi heyəti və hərbi orkestr iştirak edir.