Təhsilli qadın – savadlı cəmiyyət! layihəsi davam edir

228

Sosialmedia.az xəbər verir ki, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilli qadın – savadlı cəmiyyət ” layihəsi Bakı şəhəri Binəqədi və Nəsimi rayonlarında həyata keçirilir.

Layihənin məqsədi qızların təhsildən yayındırılması hallarınına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırlması, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq, onların peşə-ixtisas seçiminə kömək etməkdir.

Layihədə 150 nəfər gənc qız iştirak edir. Layihə çərçivəsində maarifləndirici bukletlər benefisiarlar arasında paylanılır.
Növbəti tədbir Nəsimi rayonu 247 saylı tam orta məktəbdə keçirildi.

Tədbiri giriş sözü ilə təşkilatın sədri Tünzalə Cavadova açdı. Qızların təhsilinin önəmini, onların bir savadlı ailə yetişdirməsi və cəmiyyət üçün daha yararlı vətəndaşlar yetişdirməsində təhsilin böyük dəstək olacağını diqqətə çatdırdı. Qadınlar və qızlar arasında təhsilsizlik və işsizlik problemi dünyanın hər yerində ciddi narahatlıqlara səbəb olan problemdir.

Azərbaycanda da bu problemin həlli vacib sayılır və dövlətimiz ən ciddi tədbirlər görür ki, bunun qarşısı alınsın.

247 saylı məktəbin direktoru Sitarə Abbasova da qızların təhsil almasının vacibliyini vurğulayaraq, hər il məktəblərindən tələbə olan qızların sayının üstünlük təşkil etməsini və bu gələcəkdə cəmiyyət üçün təhsilli ailələrin sayının artmasına səbəb olacaq, məktəbin psixoloqu Gülbəniz Hüseynova təhilin qızlar üçün əhəmiyyətindən danışaraq, hər bir qızın təhsil almaq hüququ olduğunu onların ali və orta ixtisas məktəblərinə seçiminin onların gələcək həyatlarında mühüm rolu olacagını qeyd etdi.

Layihənin gedişatında maarifləndirici video-roliklər və diskusiya təşkil edildi.