Prezidentin çıxışı azərbaycanlılara bu cür təsir edir – Heyət

127

İran əhalisinin yarısını Azərbaycan türkləri təşkil edir. İran azərbaycanlıları milli şüura malik topluma çevilmişlər və İranın Azərbaycana qarşı hər hansı bir siyasətinə ilk növbədə İrandakı azərbaycanlılar reaksiya verəcəklər. Bu siyasəti davam etdirərsə, Tehrana təzyiqlər də artacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında “Varlıq” jurnalının baş redaktoru, türkoloq alim Məhəmməd Rza Heyət deyib.

Məhəmməd Rza Heyət bildirib ki, İran Azərbaycana tarix boyu çox şey borcludur:

“İran azərbaycanlıları İranın tarixi, mədəniyyətinə neçə simalar qazandırmış, hətta fars dilinin inkişafına da töhfələr vermişdir. İranın molla rejimi isə azərbaycanlılara qarşı həmişə rasist mövqe tutmuşdur”.

O, İranın azərbaycanlılara qarşı siyasətini Azərbaycan-İran münasibətlərində də davam etdirdiyini vurğulayıb:

“Azərbaycan müstəqil olduğu tarixdən etibarən İran heç vaxt Azərbaycana dost mövqeyi bəsləmədi. İlk gündən Ermənistanın tərəfində oldu, sıx siyasi, iqtisadi əlaqələr qurdu və onlara hər növ yardım göstərməkdən çəkinmədi. İran heç vaxt Qarabağ məsələsinin ədalətli həllində maraqlı tərəf olmayıb. Azərbaycanın II Qarabağ müharibəsində qazandığı zəfər İranı qıcıqlandırdı və İranın Azərbaycana qarşı münasibəti kəskin şəkildə dəyişdi, Azərbaycan sərhədində hərbi təlimlər keçirdi. İran zamanla Ermənistana göstərdiyi davamlı dəstəyi gizlədə bilmədi və Azərbaycana qarşı gerçək niyyətini açıq-aşkar şəkildə göstərməyə başladı.

İran Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətt” hesab edir, Azərbaycanın ərazi bütövlüyü barədə isə bircə kəlmə belə demir”.

Türkoloq alim Prezident İlham Əliyevin İran azərbaycanlıları ilə bağlı çıxışlarının ümumdünya azərbaycanlılarına böyük təsir göstərdiyini qeyd edib.