Şabranda ekologiyaya dair layihənin icrası uğurla başa çatdı

169

Şabranda ekologiyaya dair layihənin icrası uğurla başa çatdı.

Şabran şəhər icmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şabran rayonunda ətraf mühitin qorunması, yaşıllıqların artırılması və meşələrin mühafizəsinin ekoloji tarazlıqın təmin olunmasında mühüm rolu mövzusunda təbliqat və təşviqat işlərinin təşkili” layihəsinin icrasını başa çatdırmışdır.

Layihənin yekun mərhələsində Şabran rayonunun geniş meşə massivlərinin yerləşdiyi Əmirxanlı, Taxtalar, Düzbilici, Qorqan, Zeyvə və Pirəbədil İnzibati Ərazi Dairələrində sakinlərin iştirakı ilə Dəyirmi masa tədbirləri həyata keçirilmiş, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və meşələrin mühafizəsinin təşkili mövzusunda lazımi maarifləndirici izahat işləri və ətraflı fikir mübadiləsi aparılmışdır.

Hörmətlə

Şabran şəhər İcmasının İnkişafı üzrə

Təlim və Resurs ictimai birliyinin
Sədri – layihə rəhbəri: Tofiq Əmrahov.