“Regional inkişaf üzrə maarifləndirmə”ictimai birliyi layihəni uğurla icra etdi

175

Sosialmedia.az xəbər verir ki, “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin icrasını uğurla başa vurmuşdur.

Layihənin icrası dövründə 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağa intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunmuşdur.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş vermişdir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmışdır, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranmışdır. Bir çox nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunmuşdur. Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlardan autizm, daun sindromu, əqli gerilik və nitq qüsuru çoxluq təşkil etmişdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb etmişdir.