Tovuz rayonunda “Şuşa ili”nə həsr olunmuş konsert proqramı təşkil olunub

5696

Dekabr 8-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində “Şuşa ili”nə həsr olunmuş silsilə tədbirlər sırasında növbəti konsert proqramı təşkil olunub. Bədii hissədən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi anılıb.

Rəsmi hissədə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən şərəfli səhifəsi olduğunu qeyd edib, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunmasının çox mütərəqqi bir addım olduğunu vurğulayıb. X.Nağıyev çıxışında tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu qeyd edib.

Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvər nəğmələrdən, musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib.