Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxılıb

236

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

Sosialmedia.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.