Xalq artisti vəfat etdi

224

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, xalq artisti Fikrət Verdiyev vəfat edib.

Sosialmedia.az   xəbər verir ki, o, yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Mərhum Xalq artistinin yaxınları onun uzun sürən xəstəlik səbəbindən vəfat etdiyini bildirib.

Qeyd edək ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır.

O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır