“Azərbaycanda həssas qrupların sosial müdafiəsi əsas prioritetdir”

107

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğısını görürük.
Yanvarın 13-də Prezident İlham Əliyev tərəfindən imzalanan məlum qərarlarda da məhz şəhid ailələrinə diqqət və qayğı xüsusi olaraq nəzərə alınıb.

Sosialmedia.az bildirir ki, Bunu “Xalq Cəbhəsi”nə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Belə ki, müvafiq fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 20 faiz artırılaraq 600 (altı yüz) manata çatdırılıb:
“Xüsusən nəzərə almaq lazımdır ki, 2018-ci ildə 242 manat olan bu təqaüd məhz ötən dövrdə 2.5 dəfə artırılıb.

Fikrimcə gün ərzində elan edilən 16 fərman və sərəncam müxtəlif və xeyli həssas subyekti əhatə etməklə yanaşı, eyni zamanda artımların əhəmiyyətli dərəcədə olması ilə də fərqənirdi .

Daha bir həssas qrup olan və hər zaman dövlətimizin qayğısı ilə əhatə edilən müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü də müvafiq olaraq 500 manata (I dərəcə), 400 manata (II dərəcə), 330 manata (III dərəcə) çatdırıldı.

Başqa vacib məqamlardan biri də pensiyaçı elmlər doktoru üçün Prezident təqaüdünün ötən ildə artırılmasına baxmayaraq yenidən 300 manatdan 500 manata qədər artırılması oldu:

“Qeyd etmək lazımdır ki, Prezident tərəfindən elan edilən növbəti sosial islahat paket rəğbətlə qarşılandı. Müxtəlif həssas sosial qrup nümayəndələrinin sosial şəbəkə üzərindən təşəkkür mesajlarına rast gəlirik.

Azərbaycan Prezidenti sosial dövlət modelini əsas götürərək, məhz büdcənin mühüm hissəsinin, təqribən 46 faizinin sosial sferaya yönəlməsini təmin edir. Bu isə ümumilikdə 15,2 milyard manat vəsait deməkdir.
Hesab edirəm ki, sosial islahatlar siyasətinin əsas tərkib hissəsi sosial ödənişlərin artırılması ilə yanaşı bu sahədə şəffaflığın, hesabatlılığın və ünvanlılığın təmin olunmasıdır. Cənab Prezident tərəfindən həyata keçirilən bu uğurlu sosial siyasət nəticəsində həssas qruplardan olan insanların sosial müdafiəsinin təmin olunmasında ciddi irəliləyişlər baş verməkdədir”.

Cavid