Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyevanın səmimi görüntüləri yayıldı

147

Bir müddət əvvəl barışan müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva səmimi görüntüləri ilə diqqət çəkiblər.

Sosialmedia.az xəbər verir ki, sənətçilər dostluqlarını əvvəlki kimi davam etdirdiklərini deyiblər. Xatun bildirib ki, verilişdəki barışıqdan sonra görüşərək aralarında baş verən problemə aydınlıq gətiriblər:

“Biz artıq dolğun xanımlarıq. Onun ailəsi, nəvəsi, mənim də oğlum evləndi. İnşallah, nənə olum. Çalışdığımız qədər bir-birimizi əziz tutacağıq. Bundan sonra bizdən gözləməyin bir-birimizi tənqid edək. Barışıqdan sonra əlaqə saxladıq, bir dostumuz bizə qonaqlıq da verdi”.

Fatimə isə “Bizdən dava gözləməyin” deyərək, əlavə edib.