Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Şəmkir rayonunda vətəndaşları qəbul edib- Özəl

232

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Şəmkir rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Sosialmedia.az xəbər verir ki, Müraciət edənlər sırasında müharibə veteranı da olub. F.Musayev bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.