Rusiyalı xilasedicilərin olduğu 3 təyyarə Türkiyəyə uçub – ÖZƏL

94

Sosialmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 3 təyyarəsi fevralın 6-da Türkiyənin güclü zəlzələdən zərər çəkmiş bölgələrinə yardım göstərmək üçün Jukovski aerodromundan Türkiyəyə yola düşüb. Suriyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Rusiya xilasedicilərinin olduğu daha bir təyyarə göndəriləcək.

Fevralın 6-da axşam saatlarında An-148 təyyarəsi Moskva yaxınlığındakı Jukovskidən havaya qalxıb, göyərtəsində idarənin rəis müavini Aleksandr Çupriyayan Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə olub. Onun ardınca göyərtəsində rus xilasedicilərinin olduğu daha iki İl-76 təyyarəsi zəlzələnin nəticələrinə yardım etmək üçün səmaya qalxıb.

Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox əməkdaşı qurbanların axtarışı və xilas edilməsi üçün lazımi avadanlıqla, o cümlədən yeddi kinoloji heyətlə Türkiyə və Suriyaya göndərilib.

Rusiyadan başqa, ABŞ, Böyük Britaniya, İsveçrə, Misir və Əlcəzair də Türkiyəyə yardım göstərməyə, öz xilasedicilərini və humanitar yardım göndərməyə hazır olduqlarını bildiriblər.

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb, 11 mindən çox insan zərər çəkib. 3471 bina dağılıb. Suriyada ölənlərin sayı 1060-a çatıb, 2400-ə yaxın yaralı var.

Zəlzələ ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fevralın 12-dək milli matəm elan edib.