Azərbaycanda Türkiyədə zərər çəkənlərə yardım toplanır – Özəl

134

Türkiyə birlik və həmrəylik platforması üzrə Azərbaycan Yardım Toplama Mərkəzi zəlzələdən əziyyət çəkən bölgələrdə ehtiyac duyulan əşya və avadanlıqların siyahısını təqdim edib.

Sosialmedia.az həmin siyahını təqdim edir:

Qışlıq geyimlər: Palto, yağışlıq, çəkmə, yun köynək, şalvar, əlcək, şərf, papaq, corab, iç geyimi.

Digər əşyalar: Çadır, yataq, döşək (çadır üçün), yorğan, yuxu tulumu, soba/isidici, qaz balonu, termos, əl fənəri, enerji doldurucu (“powerbank”), konservləşdirilmiş qida məhsulları, uşaq yeməyi, uşaq bezi, təmizlik və gigiyenik məhsullar, qadın bezi.

Yardım etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Sinan Kartal: +994 50 322 72 99
Cengiz Aygör: +994 50 312 06 33
Önder Aksoy: +994 55 505 44 19
Mehmet Akbıyık: +994 50 215 24 18