Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Baş naziri ilə görüş- Özəl

142

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Mustafa Madbuli ilə görüşüb.

Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Baş nazir, ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə yaradıldığını bildirib. O, bu illər ərzində münasibətlərin genişləndiyini qeyd edərək, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana səfərinin bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcəyini qeyd edib.

Baş nazir deyib ki, Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir. İqtisadi sahədə, o cümlədən, sənaye, ticarət, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə geniş əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. O, humanitar sahədə də əlaqələrin əhəmiyyətini qeyd edib.