Bakıda yardım toplama yeri dəyişdirildi – ÖZƏL

96

Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq.

Sosialmedia.az xəbər verir ki, Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub.

Artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.