Qaçqın gəlib,əlil olan ictimai fəal əlilliyi olan xanımı sizlər də tanıyın-Müşkinaz Əliyeva

4891

Sosialmedia.az-ın bu dəfə ki, qonağı uzun illər Sumqayıt şəhərində fəaliyyət göstərən əlil təşkilatlarının üzvü, 2-ci qrup əlilliyi olan istedadlı və yaradıcı xanım Müşkinaz Əliyevadır. O, özü Ermənistan Respublikası Qafan rayonunda anadan olub və qaçqınlıq ondan da yan keçməyib.

Ermənistan Respublikasından qaçqın düşən Müşkinaz Əliyeva 1988-cu ildə Sumqayıt şəhərinə pənah gətirib və ailəsi ilə birlikdə çox çətin həyat yaşayıb. 17 yaşında beyin qanaması keçirdən Müşkinaz xanım ömürlük əlil olur və həkimlər ona işləməyə icazə vermir. Ondan sonra o, yalnız ictimai fəaliyyətlə məşqul olur və özü üçün əl işləri də toxuyur. Uzun illərdir o, Sumqayıt şəhərində faəliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin üzvüdür.

Müşkinaz xanımın ictimai fəaliyyəti çox aktivdir və cəmiyyətlə işləməkdən zövq alır. Toxuduğu işləri sərgilərə çıxardaraq, satışını edir və əldə etdiyi gəlirlə sosial vəziyyətini yaxşılaşdırır. Biz də Sosialmedia.az saytı olaraq Müşkinaz xanıma fəaliyyətində uğurlar arzulayırıq.