Vergi ödəyicilərinin nəzərinə-ÖZƏL

206

Sosialmedia.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində edilmiş dəyişikliyə əsasən vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində elektron kabinet yaradılır.

Həmin Qanunun keçid müddəalarının 2.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 01.01.2024-cü il tarixədək qüvvədədir.

2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanlarının məhdudlaşdırılacaqdır. Vergi orqanı tərəfindən göndərilən sənədlərlə tanış olmağınız, nəticədə fəaliyyət zamanı çətinliklərlə üzləşməməyiniz, Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinin aparılması üçün gücləndirilmiş elektron imzanı (“Asan İmza” və ya “E-imza”) əldə edə bilərsiniz.
Gücləndirilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı məlumatla

(https://asanimza.az/how-to-get/rules/) və (https://token.sima.az/az/pricing) linkləri vasitəsilə tanış ola bilərsiniz.