Əlillik əngəl deyil deyən istedadlı əlilliyi olan gənc Gülzar Bəndəliyeva -ÖZƏL

4706

Sosialmedia.az-ın bu dəfə ki, istedadlı qonağı Bəndiyeva Gülzar Rəsul qızıdır. O, 03.09.2000ci ildə İsmayıllı rayonu qoydan kəndində anadan olub. Anadangəlmə fiziki məhdudiyyətli olan Gülzar uşaqlıq vaxtından toxuculuğa və rəssamlığa maraq göstərib. Onun çox gözəl əl işləri var.

Bundan əlavə kompüterlə işləməyi də çox sevir. Yaradıcı və İctimai fəal olan Gülzar Asan xidmətdə də könüllü olaraq fəaliyyət göstərib. Hazırda ən böyük arzusu işləməkdir. Gülzar işləyərək həm sosial durumunu, həm də cəmiyyətə özünü təqdim etmək istəyir. O, düçünür ki, əlillik əngəl deyil, istəklərə çatmaq üçün mübarizə aparmaq lazımdır.

Biz də Sosialmedia.az saytı olaraq, Gülzar xanıma faəliyyətində uğurlar arzulayırıq.