Taxta və daşlar üzərində əsər yaradan əlilliyi olan gəncimizi sizlər də tanıyın- Hikmət İlyasov-ÖZƏL

5080

Sosialmedia.az saytı olaraq daha bir istedadlı əlilliyi olan gənci sizlərə təqdim edirik. O, Sumqayıt şəhərində 2000-ci lidə anadan olan Hikmət İlyasov, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin üzvüdür.

2017ci ildə orta məktəbi bitirən Hikmət anadangəlmə fiziki məhdudiyyətlidir və ikinci qrup əlildir.Heykəltarşlıq və rəssamlıq fakultəsini bitirib.
Daha sonra Ramanada Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin sənət məktəbində taxta üzərində oyma sənətini öyrənib.Hal -hazırda sənətini davam etdirir və gözəl əl işləri hazırlayaraq satışını edir. Ən böyük arzusu dünya üzrə səyahət etmək, gözəl yerləri gəzərək həyatdan zövq almaqdır.