Milli Məclisin deputatı Bosniya və Herseqovinada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərə qatılacaq- Özəl

78

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərinə səfər edəcək.

Səfər çərçivəsində fevralın 23-də keçiriləcək beynəlxalq konfransda Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.