Gözlərinin nuru az olsa da, başqalarına nurdur-İstedadlı gənc əlil Nisə Kərimova-ÖZƏL

4993

Bir insanın həyata baxışı dəyişəndə və ya yaşamaq həvəsi bitəndə Allah qarşısına elə insanlar çıxardır ki, onlara baxıb zövq alırsan. Belə insanlar nə olursa olsun, heç vaxt həvəsdən düşmürlər və yaşamaq istəyi onları daha çox güc verir.

Belə insanlara pozitiv insanlar deyilir. Digər insanların yaşam stimulu olan insanlardan biri də bu gün Sosialmedia.az saytı olaraq, sizlərə təqdim etmək istədiyimiz gözəl, bacarıqlı, əlilliyi olan gənc xanım Kərimova Nisə İlqar qızıdır. O, 18 iyul 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. Anadangəlmə göz nuru az olan Nisə 2-ci qrup gözdən əlilldir. Doğulduqdan sonra valdeyinləri ilə birgə Rusiya Federasiyasına köçən ailə üç il sonra yenidən Sumqayıta qayıdır.

O, təhsili Sumqayıt şəhəri 21 saylı tam orta məktəbin rus sektorunda davam etdirir. Məktəbi bitirdikdən sonra, Telekommunikasiya və Laboratoriya ixtisası üzrə peşə məktəbinə qəbul olur. Peşə məktəbindən sonra isə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində toxuma və muncuqlarla işləmə sənəti üzrə ixtisas alıb və hazırda evdə bu işləri hazırlayaraq satışını edir. Ən böyük arzusu isə Tibb kollecində təhsil almaq və əl işlərindən ibarət fərdi sərgisinin keçirilməsidir.

Qeyd edək ki, Nisə Kərimova Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin üzvüdür.

Biz də Sosialmedia.az saytı olaraq Nisə xanıma öz fəaliyyətində uğurlar arzulayırıq və arzularının tezliklə reallaşmasını diləyirik.