“Bütöv Ailə və Dayanıqlı Büdcə” (OPAC) Layihəsinin Uşaq və Ailələri üçün Novruz Şənliyi-Özəl

188

Sosialmedia.az xəbər verir ki, martın 24-də və 26-də Sumqayıt və Bakı şəhərlərində Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin təklif etdiyi tədqiqat layihəsi “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının dəstəyi ilə “Bütöv Ailə və Dayanıqlı Büdcə” (OPAC) layihəsini təşkilatçılığı ilə layihəyə cəlb olunan uşaqlar və onların ailələri üçün Novruz şənliyi təşkil olunmuşdir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının dəstəyi ilə Bakı və Sumqayıt şəhərində təşkil olunmuş şənlikdə ümumi 70 nəfər internat tipli müəssisələrdə, uşaq evlərində yaşayan və ya öz bioloji ailələrinə/qəyyumlarına reinteqrasiya olunmuş uşaq və onların valideynləri/qəyyumları iştirak etmişdir.

Şənlik zamanı uşaqlar üçün maraqlı şou-proqramlar nümayiş etdirilmiş, əyləncəli oyunlar keçirilmişdir. Hər bir uşağa “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən hədiyyə verilmişdir.

OPAC layihəsi Yunis Kennedi Şrayver Milli Uşaq Sağlamlıq və İnsan inkişafı institutu (NİCHD) və Foqarti Beynəlxalq Mərkəzi (FİC) tərəfindən maliyyələşdirilir və 2020-2025-ci illəri əhatə edir. Layihənin məqsədi uşaq evlərində yaşayan və öz bioloji ailələrinə/qəyyumlarılna qovuşmuş 6-12 yaşlarında uşaqların ailə bağlarının möhkəmləndirilməsi, maddi azadlıqlarının əldə olunması və çətin uşaqlıq dönəmi keçirmiş uşaqların psixi sağlamlıq problemlərinin qarşısının alınması üçün sübutla əsaslanan üç müdaxilə yanaşmasını təkmilləşdirməklə sınaqdan keçirməkdir.