Vulkanoloqlar vulkanın atdığı külün altında qalıblar- Özəl

145

Sosialmedia.az xəbər verir ki, Rusiyada bir qrup vulkanoloq vulkanın atdığı kül və daşların altında qalıb. Həmin anlar kameralara düşüb.

Rusiyanın Kamçatka bölgəsində bir qrup vulkanoloq vulkanın yaxınlığında müşahidə aparan zaman işlər pisləşib.

Vulkan əvvəlcə kül səpdi. Görmə qabiliyyəti azaldı. Sonra yumruq boyda daşlar atdı.

Çaxnaşmaya düşən komanda dərhal qar arabalarının altına sığınıb.

8 nəfərdən ibarət komandanın yarım saat ərzində kül və daş yağışı altında qaldığı bildirilir.