Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir- Özəl

161

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin asudə vaxtlarının səmərəli təşkili məqsədilə incəsənət nümayəndələrinin və rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə müxtəlif hərbi hissələrdə tədbirlər keçirilib.

Bundan başqa, bir qrup hərbi qulluqçu Tərtər rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edib, onlara Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilib.