“Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?”-Özəl

138

Sosialmedia.az xəbər verir ki, aprel ayının 11-də Mingəçevir şəhəri Gənclər evində “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə reallaşır.

Görüş vətən uğrunda həlak olan şəhidlərimizin anımı ilə başlayıb.Layihənin rəhbəri Bəsti Nəsibova tədbiri açaraq görüşlərin qarşıya qoyduğu məqsəd və gözlənilən nəticələrdən danışıb.

Jurnalist və kvant psixoloqu Gülnara İnanc media savadlılığının müasir dövrümüzdəki əhəmiyyəti və şərtləri haqda danışıb:”Medianın formatı genişlənərək bütün sosial şəbəkələrdə təzahür etməyə başlayıb. İstənilən bir şəxs çayxanada eşitdiyi bir şaiyəni psixi sağlamlığı, aldığı tərbiyə, böyüdüyü mühitin təsiri altında deformasiya olunmuş tərzdə yaya bilir.

Ermənistanın və İranın Azərbaycana qarşı daimi provakasiyalarının olduğu bir şəraitdə hər bir saxda, yaxud təhrif olunmuş xəbər cəmiyyətin çaşqınlığı, birliyi və psixoloji durumunun gərginləşməsinə şərait yarada bilər.

İlk yayılan xəbərin dəfələrlə təkzib olunmasına baxmayaraq insan yaddaşına hopur və həqiqət kimi qəbul olunur.

Beləki, biz həm xəbəri alanda, həm də xəbəri yayanda diqqətli olmalı mənbəyə və onun etibarlə olmasına diqqət etməliyik. Etibarlı mənbə isə , təbii ki, rəsmi mənbələrdir.

Qazilərimiz , şəhid ailələri həssas və emosional qruplardır. Düşmənlərimiz bu həssaslıqdan istifadə edərək cəmiyyətdə güvənsizlik, etimadsızlıq, düşmənçilik yaratmağa çalışır.”

Görüş qazilərin mövzu ilə bağlı fikir mübadiləsi ilə davam edib.