Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib- Özəl

209

Sosialmedia.az xəbər verir ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.