“Uğur Zirvəsi” Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirildi” -Özəl

206

Sosialmedia.az xəbər verir ki, Ulu öndər H.Əliyevin yubleyi, 28 may Müstəqillik günü münasibəti ilə Mətbuat firması tərəfindən ” Uğur Zirvəsi” Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirildi.

Tədbirdə il ərzində uğur qazanmış iş adamları, millət vəkiilləiri, müxtəlif şirkətlər gecəyə hazırlanmış xüsusi ödüllərə layiq gördülər. Tədbir Faermont otelin Nizami Gəncəvi zalında keçririldi. Tədbirdə millət vəkilləri Ziyad Səmədzadə, Hicran Hüseynova, Qənirə Paşayeva, xalq yazısı Cingiz Abdullayev, Elmira Axundova,Qətibə Əsədova, professor Etibar Babayev və bir çox ziyalılar ulu öndərlə bağlı xatirələrini danışdılar. Xuraman Muradova, Vəfa Əfəndiyeva, Zəkiyyə Həziyeva, Nurlana Quliyeva, Süleyman Məmmədov, Hacı Nuran, Dilşad Qurbanova öz sahələrində qazandıqları uğura görə mükafat aldılar. Milli brendlərimiz nominasiyasında isə FAB, Slavyanka, Bizim Tarla, Patron, Şah Nar şirələri də Uğur Zirvəsi mükafatı verildi. Star Collegs, Orli, Legasi estetik mərkəzi də ödül alanlar siyahısında idi.

Tədbirin musiqili qonaqları Ağadadaş Ağayev, Aydın Sani və Urfan Cəfərov Heydər Əliyevin xatirəsini öz misiqi tövhələri ilə yad etdilər. Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev idi. Tədbirin təşkilatcısı Sədaqət Rəşidqızı idi.