Erməni diasporasının cinayət və dələduzluq əməlləri- Özəl

4322

Sosialmedia.az xəbər verir ki, Rusiyada yaşayan ermənilərin sayı bəzi mənbələrdə 1, bəzilərində isə 1,5 milyon göstərilir. Hələ sovetlər dönəmində bu ölkədə ermənilərin sayı çox olsa da, sovetlərin dağılmasından sonra Azərbaycan torpaqlarını işğal edən, nəticədə iqtisadi böhran içində yaşayan Ermənistandan Rusiyaya axın 10 dəfə artdı.

Rusiya isə dövlət maraqları baxımından o dönəm Qafqazdakı yeganə tərəfdaşı olan Ermənistan vətəndaşlarının ölkəyə axınına və yerləşməsinə mane olmur, əksinə bir çox diaspora fəaliyyətlərinə dəstək olurdu. Rusiya və Ermənistan münasibətləri Qarabağ münaqişəsində də çox önəmli rol ifadə etməkdədir. Bu münasibətlərin ermənilərin xeyrinə olmasının önəmli səbəblərindən biri də Rusiyadakı erməni icmasının Rusiya ictimaiyytəti ilə sıx əlaqələrə malik olması və ictimai siyasi həyatında aktiv rola oynamağa can atmasıdır. Ancaq statistik məlumatlara görə, Rusiyada yaşayan gəlmə icmalar arasında ən çətin, hətta inteqrasiya oluna bilməyənlər də elə erməni icmasıdır. Onların diaspora gücünün nə qədər gözümüzdə böyütsək də, gerçəklik onların qəbilə təfəkküründən kənara çıxmadığını göstərir.

Rusiyada erməni icma rəhbərləri əldə etdikləri “qəbilə başçısı” mövqelərini itirməmək üçün təsir edə bildikləri digər icmaların rus toplumundan təcrid olunması üçün canfəşanlıq göstərirlər.
Baş verən hadisələr də bunu təsdiq edir. Belə ki, Rusiyanın Kemerovo vilayətində, Antonov(Mirzaxanyan) Georgi Antonoviçin(Andranikoviç) idarəçiliyində olan “Rusiya Erməni Birliyi” adlı təşkilatda yuxarıda deyilənləri təsdiqləyən hadisə baş verib.

Erməni diasporunun fırıldaqları baş verən hadisə ilə gün üzünə çıxıb. Belə ki, bu təşkilat güya erməni diasporunu təmsil edir, əslində isə onun rəhbərliyi dələduzluqla məşğuldur. Bazar təfəkkürlü ermənilər Rusiya dövlətinin maddi dəstəyini aldıqları layihədə ruslara kələk gəlmək istəsələr də, bunu üstü açılıb. Belə ki, onlar “Xaçkar” abidəsi üçün təqdim etdikləri layihənin büdcəsini olduqca şişirdərək böyük pullar əldə ediblər.
Hazırda bu məsələ ilə əlaqədar erməni diasporu ilə Kemerovo vilayəti rəhbərliyi arasında böyük qalmaqal yaranıb. Sözügedən erməni dərnəyinin sədri Antonovun(Mirzaxanyanın) oğlunun məsuliyyətə cəlb ediləcəyi gözlənilirr. Belə ki, bu şəxs erməni diasporunun çətiri altında dələduzluq etməklə məşğuldur. Bu tip olaylardan biri kimi, vətəndaş İ. N. Kotelnikovanın məhkəmə işini göstərmək olar.

İ.N.Kotelnikova Antonovun(Mirzaxanyanın) oğluna hüquqlarının müdafiəsi, onun və qapalı səhmdar cəmiyyətinin (SK “Sibirskiy Spas”) arasında gedən məhkəmə prosesində vəkillik üçün müraciət etmiş, nəticədə Antonovun(Mirzaxanyanın) oğlu məhkəməni qazanıb 500 000 rubl məbləğində təzminat əldə edib. Ancaq təzminat məbləğini zərərçəkmiş şəxsə verməyək o pulu da mənimsəyib.

İ.N.Kotelnikova bu dəfə dələduzun özünü dövlət orqanlarına şikayət edərək, məhkəməyə müraciət edib. Məhkəmə Rusiya Konstitusiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinə(dələduzluq) əsasən, cinayət işi açıb, Kemerovo Mərkəz Rayonu Məhkəməsi işin icrası üçün qəbul edilmiş qərarları polis orqanlarına yönəldib. Beləliklə, erməni diasporunu təmsil edən dələduzun cəzalandırılacağı gözlənilir.