Salyanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi- Özəl

177

Salyan rayonu Qarabağlı 2 saylı tam orta məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi.

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bütün dünyada keçirilən bu bayram, Salyan rayonu Qarabağlı 2 saylı tam orta məktəbində də böyük təntənə ilə qeyd edildi.

Sodialmedia.az xəbər verir ki, tədbir dövlət himninin səslənməsi ilə başlayıb.Məktəbin direktoru Yeganə Cəfərova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.Çıxışlardan sonra ibtidai sinif uşaqlarının hazırladığı konsert proqramı, azərbaycan və digər ölkələrin rəqs, musiqiləri təqdim edilmişdir.Tədbirə qatılan çoxsaylı balaca qonaqlara bol əyləncə, bayram əhval ruhiyyəsi bəxş etdilər,Tədbirin sonunda məktəbin direktoru Yeganə Cəfərova şagirdlərə gözəl çıxış etdiklərinə görə onlara öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, bizim gələcəyimiz olan uşaqların içərisində gələcəyin müəllimləri, həkimləri, qəhrəmanları yetişir. Onları düzgün,istiqamətləndirmək, şəxsiyyət kimi yetişdirmək hər birimizin vəzifəsidir.