“Qadına Dəstək Mərkəzi”nin yaradılması layihəsinin yekun tədbiri həyata keçirildi- Özəl

204

Sosialmedia.az xəbər verir ki, 30 may 2023-cü il tarixində “Sağlam Gələcək Naminə” QHT koalisiyasının Azərbaycan Respublikasi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam qadın sağlam cəmiyyətin təməlidir layihəsi çərçivəsində “Qadına Dəstək Mərkəzi”nin yaradılması layihəsinin yekun tədbiri həyata keçirildi. Koalisiya layihə çərçivəsində yaratdığı “Qadına Dəstək Mərkəzi”nin fəaliyyətini, layihə çərçivəsində gördükləri işləri və çəkilmiş qısa metrajlı filmi təqdim etdilər.

Tədbirdə layihənin hüquqşünası vəkil Səadət Abdullazadə, mediatr Türkər Əliyeva, psixoloq Lalə Hemidli, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova və ailə məsələləri üzrə çalışan müxtəlif təşkilatların rəhbərləri iştirak etdilər. Layihənin icraçı təşkilatı “Səhiyyə və Saglam Həyat” İctimai Birliyinin sədr müavini Könül Əlizadə, layihənin eksperti Aynur Zulfuqarova və koalisiyanın sədri Nərminə Qəribova tədbirdə iştirak edən mutəxəssislərdən “Qadına Dəstək Mərkəzi”nin gələcək fəaliyyətinin gücləndirilməsi istiqamətində tövsiyyələr aldılar. Mütəxəssislər ailə münasibətlərinin tənzimlənməsi və qadınlara dəstək göstərilməsi sahəsində “Qadına Dəstək Mərkəzi”nə hər cür dəstəklərini göstərəcəklərini bildirdilər.

Tədbirin yekununda iştirakçıların ümumi qərarı ilə “Qadına Dəstək Mərkəzi” yanında “Azərbaycanda ailə dəyərlərinin müdafiəsi kommisiyasi” yaradıldı.