FETÖ lideri Gülənin qardaşı oğlu tutuldu- Özəl

191

Sosialmedia.az xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən həyat yoldaşı, qayınatası və qayınanası ilə birlikdə İstanbul Sancaktepedə tutulub.

İstanbul Respublika Baş Prokurorluğu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi və MİT tərəfindən aparılan istintaq çərçivəsində koordinasiyalı əməliyyat keçirilib.

Terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən həyat yoldaşı, qayınatası və qayınanası ilə birlikdə Sancaktəpədə tutulub.

Qaçaq şübhəlilərin 1 ilə yaxındır təşkilatın evində gizləndikləri müəyyən edilib.

Şübhəlilərin təşkilatın rəhbərinin göstərişi ilə banka pul yatırdıqları, təşkilatın birlik və fondlarında sözdə rəhbər vəzifədə olduqları da müəyyən edilib.

O da bildirilib ki, şübhəlilər təşkilatın yuxarı rəhbərliyi adlanan şəxslərlə əlaqə saxlayıb və onların təşkilata üzv olduqlarına dair açıqlamalar olub.

Həmçinin Selman Gülənin təşkilatın hazırkı maliyyə strukturunda hələ də aktiv olduğu müəyyən edilib.

Axtarışlar zamanı çoxlu rəqəmsal materiallar, külli miqdarda xarici valyuta və 2 saxta şəxsiyyət vəsiqəsi də ələ keçirilib.