Məişət tullantıları və qamışlıq sahədə yanğın baş verib- Özəl

426

Sosialmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.