İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsinə qarşı- Özəl

340

Bu məqsədlə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İçtimai Birliyi “İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirilmə və məlumatlandırılma tədbirlərinin təşkili” layihəsini icra edir.

Birliyin sədri Zenfira Mustafayeva Sosialmedia.az -a bildirib ki, bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunmasıdır: “Bu məqsədlə icra olunacaq layihəmiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən layihəmizin icrası iyul ayının 3-dən başlayır, sentyabrın 30-na kimi davam edəcək. İnsan alverinə məruz qalanlar arasında qadınlar, kişilər və uşaqlar da olduğundan bu problem demək olar ki, cəmiyyətin bütün fərdlərini əhatə edir və çözümü də ümumi iştirakı, daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir”.

Zenfira Mustafayeva həmçinin bildirib ki, 12 nəfər şəxs davamlı fərdi psixoloji konsultasiyadan yararlanıb: “Müraciət etmiş 20 nəfər şəxsə hüquqi dəstək göstərilmişdir, 8 nəfər şəxs üçün müxtəlif qurumlara ərzilər yazılmış və məhkəmədə vəkil ilə təmsil olunub. Hüquqi fərdi məlumatlandırma üçün müraciətlər əsasən boşanma, aliment, mülki, vərəsəlik və digər mövzuları əhatə edib”.

Qeyd edək ki, bu gün Birliyin ofisində layihənin təqdimat mərasimi keçirilib. Layihədə nəzərdə tutulmuş fəaliyyətlər barədə buklet və braşurlar əhali arasında paylanılıb. İcrası davam edən layihə çərçivəsində insan alveri və potensial qurbanlara, risk qrupuna daxil olan şəxslərə ödənişsiz hüquqi və psixoloji fərdi məlumatlandırma xidmətləri göstərilir. Layihə dövründə insan alveri ilə mübarizə mövzusunda TV proqramların nümayişi, maarifləndirici təlimlərin və mövzu ilə bağlı dəirmi masaların keçirilməsi də nəzərdə tutulub.