Vorren qədəhi haqqında-Özəl

242

Sosialmedia.az xəbər verir ki, b.e.-nın 5-15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt-sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.

Qədəh ilk müasir sahibi olan Edvard Perri Vorrenin adı ilə adlandırılmışdır. Vorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin “Öpüş” və Kranaxın “Adəm və Həvva” əsərləri də daxil olmuşdur. Vorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır.