Məktəb direktoru vətən müharibəsi qazisini xadimə kimi işə götürdü-Özəl

272

Sosialmedia.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı öz feysbuk proflində paylaşım edib. Paylaşımda deyilir :
Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri – adi məlumatla rastlaşdım. Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kəribəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağ kənd 1 saylı tam orta məktəbinə xadimə “vəzifə”sinə təyin olunub. Mənimlə söhbətində dəyərli qazimiz ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib.

Mənim müracətimə də “başqa işim yoxdu” deyə vəzifəsinin mütləq sahibi kimi cavab verdi. İxtisasca iqtisadçı olan təhsildən elementar təsəvvürü olmayandan qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbul edilməz vətandaş mövqeyidir!