Türkiyənin Azərbaycandakı investisiyaları 11 milyard dollara çatıb.
Sosialmedia.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” vebinarında danışarkən deyib.
Qıranın sözlərinə görə, Azərbaycanın Türkiyədəki investisiyaları isə 20 milyard dollara çatıb:
“Ölkəmiz bu gün Azərbaycanda qeyri-neft sektorunda ən böyük investordur. Azərbaycan isə Türkiyədə enerji sektorunda ən böyük investordur. Bu qüruru sizlə bölüşməkdən xoşbəxtlik duyuram”.