Sumqayıtda avtomobilin vurduğu 39 yaşlı qadın ölüb

223

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayon sakini Dadaşova Maarifə Əmrəli qızını minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını  dəyişib.

Faktla bağlı araşdırma  aparılır.